İtaliyalı deputatlar Bakıya gəlir

İtaliya parlamentinin binası

İtaliyalı deputatlar oktyabrın 14-də Azərbaycana gəlir.

Bu barədə AzadlıqRadiosuna Milli Məclisin mətbuat xidmətindən məlumat veriblər.

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü olan 12 italiyalı deputat parlamentlərarası əlaqələrin inkişafını müzakirə edəcək, bir sıra görüşlər keçirəcəklər.

Səfər oktyabrın 17-dək davam edəcək.