Çexiya, Polşa, Macarıstan Ukraynaya xəbərdarlıq edirlər

Şərqi Avropanın üç ölkəsi bildiriblər ki, keçmiş baş nazir Timoşenko həbsdə qaldıqca Ukraynanın Avropaya inteqrasiya cəhdlərinin əleyhinə çıxacaqlar.

Çexiyanın paytaxtı Praqada görüşən Çexiya, Macarıstan və Polşa baş nazirləri belə bir bəyanat veriblər.

Onlar bildiriblər ki, Ukraynanın Avropa Birliyi ilə assosiasiya sazişinin ratifikasiyası rəvan keçməyəcək.