«Beynəlxalq Caz festivalı Bakını al-əlvan rənglərə boyayıb!».
Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Beynəlxalq caz festivalları Bakını hansı rəngə boyayır?» mövzusunda açdığı müzakirəyə qatılan Rahib Azəri söylədi.
Onun fikrincə, Bakı hər zaman caz şəhəri olub və burada cazın böyük ənənələri var: «Bakı hətta Sovetlər dönəmində beynəlmiləl şəhər olan vaxtdan bu regionda birinciliyi əlində saxlayır. Son illər keçirilən beynəlxalq festivallar dediklərimə sübutdur».
BEŞİNCİ DƏFƏDİR APARICILIQ EDİRƏM
Beşinci dəfədir ki, bu festivallara aparıcılıq etdiyini deyən Rahib Azəri festivalın böyük bayrama çevrildiyinə sevindiyini də ifadə etdi: «Bildiyiniz kimi, caz təkcə konsertlərdən ibarət deyil. Bu, həm də ünsiyyətdir, mədəniyyətlərarası dialoqdur və təbii ki, hər axşam keçiriləcək «ceym-seyşn»lardır. Dünəndən bəri «ceym-seyşn»lar start götürüb və hər axşam saat 11-də cazsevərlər Caz Mərkəzində dinləyici ola bilərlər».
FESTİVAL NİYƏ MEYDANLARDA AÇILMIR?
Aparıcının: «2006-cı ildə festivalın açılışı Fəvvarələr Meydanında oldu. Şəhər əsl bayram ovqatına bürünmüşdü. Niyə bu ənənə unuduldu» belə cavablandı: «O il festival yaya təsadüf etmişdi. O üzdən də açıq havada keçirildi. 2007-ci ildə isə məhz açılış üçün Yaşıl Teatrın təmiri yekunlaşdı və ilk konsert orada oldu. Yadımdadır ki, Polşa musiqiçilərinin konsertini zorla yekunlaşdırdıq. Çünki güclü külək qopmuşdu, yağış yağırdı. İkinci konserti Filarmoniyada keçirməyə məcbur olduq. Bir də ki, insanların kütləvi toplaşdıqları yerdə konsert təşkil etmək müəyyən çətinliklər yaradır».
USTAD DƏRSLƏRİNƏ EHTİYAC VAR
Verilişin digər qonağı rəssam Mir Teymur Bakının 50-ci illər dövrünə nəzər saldı: ««Nizami» kinoteatrında seanslardan qabaq çox gözəl caz konsertləri olardı. Bəlkə də, SSRİ-də belə nümunə yox idi».
Mir Teymur Bakının caz şəhəri olduğunu bir daha təsdiqlədi: «Amma istərdim ki, cazın təbliğatı da olsun—məktəb kimi. Ustad dərslər keçirilsin. Çox adam bilmir ki, kontrapunkt, improvizə nə deməkdir və s. Bu, vacibdir. Çünki cazın xüsusi qanunları var. İstərdim ki, nəinki Bakıda, Azərbaycanın bölgələrində də ustad dərsləri keçirilsin».
BAKILI GƏNCLƏR CAZI SEVİRLƏRMİ?
Kulturoloq Niyazi Mehdinin fikrincə, ölkədə və paytaxtda cazın pərəstişkarları yetərincədir: «Bakıda hətta Caz Mərkəzi var. Mənim pop musiqisini sevməyim cazdan yox, «Beatles»lardan başlayır, Azərbaycan estradasından qaynaqlanır. Amma caz musiqi sənətində ciddi bir faktdır».
Niyazi Mehdi ötən əsrin 20-ci illərində cazın elitar sənət sayılmadığını söylədi:
«İndi caz elitar sayılır və onu duymaq asan məsələ deyil. Azərbaycanda cazla maraqlanan dar bir dairə var. Bəlkə də o dairə Ermənistandakılardan, Gürcüstandakılardan böyükdür. Bəlkə də eynidir. Amma aşırı səviyyədə deyil».
İKİ CAZ BİLİCİSİNİN SÖZ DUELİ
Caz araşdırıcısı Rövşən Sənanoğlu da Azərbaycanda bu sahədə maarifçiliyin çatışmadığını vurğuladı: «Camaat bilmir nəyə və necə qulaq assın. Bizim dünyada olan proseslərdən xəbərimiz yoxdur».
Rahib Azəri Rövşən bəyin söylədiklərinin klassik caza aid olduğunu dedi: «Onun təbliğ etdiyi caz hədsiz ciddi musiqi sayılır. Belə musiqini təbliğ etmək də çətindir».
Rövşən Sənanoğlu isə onunla razılaşmadı: «İfaçıları tanıtmaq lazımdır. Bizdə təbliğ olunmur deyə, ən məşhur ifaçıları tanımırlar. Tamaşaçının başa düşəcəyi elə musiqi seçmək lazımdır ki, onu qarmağa sala biləsən. Sonra özü başlayacaq qulaq asmağa».
BUİLKİ FESTİVALDA KONSEPSİYA GÖRMƏDİM
Hər bir festivalın müəyyən konsepsiyası olduğunu bildirən Rövşən Sənanoğlu builki festivalda konsepsiya görmədiyini iddia etdi: «Məsələn, Azərbaycan musiqiçilərinin hamısını dəvət ediblər çıxış etməyə. Axı burada bir seçim meyarı olmalıdır... Hansı proqramla festivala gəlirlər? Nə yenilik var? Nüfuzlu festival üçün xüsusi proqram hazırlanır. Hətta musiqiçinin hansı proqramla gəldiyi də elan olunur. Festivalın saytı başlayan gün işləmirdi.
Bu gün açılıb. Amma yetərli məlumat yoxdur. Festivalda qeyri-adi heyətlər, qeyri-adi yanaşmalar yoxdur. Nə qədər Aleksandr Maşini dəvət etmək olar? Gözəl musiqiçidir. Amma başqa musiqiçiləri də tanımalıyıq. Bir də, festivalda bütün konsertlər ayrı-ayrı təşkil olunur. Bəlkə müəyyən qrupları birləşdirək? 5-6 saat boyunca müxtəlif üslublar sərgilənsin? Çətindir, asan deyil, amma məsləhətdir».
Rövşən bəy tamaşaçılar barədə də fikirlərini bölüşdü: «Konsertin ikinci hissəsi başlayanda, salonu tərk edənlər gördüm. Fasilədə getmək olmazdımı? Onların yerinə utandım. Bu, axı ölkənin nüfuzuna zərərdir».
-- Rahib Azəri Rövşən bəyin iradlarına nə cavab verdi?
-- Sovetlər dönəmində Bakının qeyri-rəsmi caz himni nə olub?
-- Sovetlər dönəmində Leninqradda Dyük Ellinqtona muğam dinlədən Mir Teymur hansı reaksiya ilə qarşılaşdı?
--Rahib Azəri Bakıda cazın tarixindən nələr danışdı?
--1937-ci ildə Moskvanın «Metropol» mehmanxanasında pianoçu çalışan Tofiq Quliyev buraya gələn azərbaycanlıları hansı məşhur hava ilə qarşılayırdı?
--Rahib Azəri niyə «Diktatorlar cazı sevmirlər!» fikrini səsləndirdi?
--50-60-cı illərdə caz dinləmək istəyənlər hansı elit restorana gedirdilər?
-- «Caz-muğam» termini necə, neçənci ildə və hansı festivalda yarandı?
Köklü bakılıların, əsl cazsevərlərin iştirak etdiyi bu maraqlı söhbəti qaçırmayın. «Can Bakı» əlinizin altındadır.