Azərbaycan biznes reytinqində 3 pillə irəliləyib

Foto: Arxiv

Azərbaycan «Doing Business -2012» reytinqində mövqeyini 3 pillə yaxşılaşdırıb. 69-cu yerdən bu il 66-cı yerə yüksəlib.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi reytinq cədvəlində 183 ölkə var.

Bu reytinq 11 meyar üzrə hazırlanıb. Bura şirkətlərin açılması və bağlanması, icazələrin alınması, əmək bazarının vəziyyəti, vergi rejimi, kreditlərin alınması, xarici ticarət rejimi kimi amillər aiddir.

Biznes üçün ən əlverişli ölkə isə Sinqapur sayılır.

İlk beşlikdə Honkonq, Yeni Zelandiya, ABŞ və Danimarka da yer alıb. Gürcüstan 16-cı, Ermənistan 55-cidir. Sonuncu yerdə isə Çaddır.

«Doing Business» cədvəli 9-cu ildir ki, tərtib olunur.

Yer

Ölkə

1

Sinqapur

2

Honkonq

3

Yeni Zelandiya

4

ABŞ

5

Danimarka

6

Norveç

7

Böyük Britaniya

8

Cənubi Koreya

9

İslandiya

10

İrlandiya

....

16

Gürcüstan

...

47

Qazaxıstan

...

55

Ermənistan

...

66

Azərbaycan

...

71

Türkiyə

...

120

Rusiya

...

144

İran

...

152

Ukrayna

...

166

Özbəkistan

...

183

Çad