Yevlax sakini Bəhram Məmmədov AzadlıqRadiosunun «Qaynar xətt»inə sahibkar kimi hüquqlarının pozulmasından şikayət edib. Deyir ki, ölkədə özəlləşmə başlayanda müdiri olduğu Yevlax avtovağzalının səhmlərinin 70 faizinə sahib olub. 2004-cü ildə ondan xəbərsiz avtovağzalın qalan səhmləri başqasına satılıb. Onun iddiasına görə, auksionda səhmlər ilkin olaraq ona təklif olunmalı idi. Ancaq səhmlər ondan xəbərsiz başqasına satılıb ki, bununla da onun alıcılıq üstünlüyü hüquqları pozulub.
Ancaq dərd bu olsaydı, yarı idi. İl yarım əvvəl ortaya «İpək yolu 2009» adlı MMC çıxıb və köhnə avtovağzalın yanında yenisini tikməyə başlayıb. Sahibkar deyir ki, söküntü-tikinti işləri zamanı şirkət köhnə avtovağzalın da ərazisinə əl uzadıb. Deyir, avtovağzalın 36 sot ərazisini zəbt etməsi bir tərəfə, hələ köhnə avtovağzalın ərazisindəki fəvvarəni də uçurub, avtovağzalın qarşısındakı sənət əsərlərini məhv edib. İndi sahibkar məhkəmə qapılarında qalıb.
Bəhram Məmmədov:
- İki il yarımdır fəaliyyətimizi tam dayandırmışıq. Səbəb də odur ki, sahibi olduğum köhnə avtovağzalın yanında yeni avtovağzal tikirlər. Avtovağzalın ərazisini hasarlayıblar, maşınların giriş-çıxışına icazə verilmir. Bu saat rayon avtovağzalı yoxdur. Təzə avtovağzal tikirlər. Tikintini «ZQAN – Holdinq» şirkəti aparır, şirkətin apardığı tikinti Yevlax avtovağzalının texniki pasportunda göstərilən ərazidə aparılır. Ərazinin 36 sotu bizim ərazidir. Məhkəməyə müraciət edəndə də, Torpaq Komitəsindən xüsusi rəy aldıq ki, həmin ərazi Yevlax avtovağzalına aiddir. 3.5 hektar yer Yevlax rayon bələdiyyəsi tərəfindən «İpək Yolu – 2009» MMC-yə satılıb. Satılan torpaq sahəsinin 36 sotu bizimdir. İl yarımdır məhkəmə gedir, indi də orda tikinti gedir, Torpaq və Xəritəçəkmə Komitəsi də rəy verib ki, ərazinin 36 sotu bizə məxsusdur. 3 ərazidə qazıntı aparıblar, o ərazilərdən birində fəvvarə və sənət əsərləri olub. O sənət əsərləri Müəllif Hüquqları Haqqında Agentlikdə qeydiyyatdan keçib. Əsərlərdən ikisi zibilxanaya tullanıb, birini isə Gəncə yolunun üstünə qoyublar.
ŞİRKƏTİN RƏSMİ ÜNVANI YARIMTİKİLİ İMİŞ
Yevlax şəhər İcra Hakimiyyəti məhkəmə sorğusuna cavabında Yevlax avtovağzalındakı tikintinin «İpək Yolu – 2009» MMC tərəfindən aparıldığını göstərib.
Məhkəmənin Dövlət Yol Polisinə göndərdiyi sorğuya cavabda isə bildirilir ki, avtovağzal ərazisində işləyən texnika «ZQAN – Holdinq»ə məxsusdur.
«ZQAN-Holdinq» şirkətindən AzadlıqRadiosuna bildiriblər ki, Yevlax avtovağzalındakı tikinti işlərini onlar aparmırlar.
Vergilər Nazirliyinin saytında bu şirkətin qeydiyyatı barədə məlumatlar da var. Qeyd olunur ki, «İpək yolu» MMC-nin qanuni təmsilçisi və təsisçisi Məmmədov Bəxtiyar Məmmədəli oğludur. Şirkətin Nizamnamə kapitalı 10 manatdır.
Şirkətin rəsmi ünvanı Yevlax şəhəri, Bakı prospekti 31-dir. Şirkətlə əlaqə saxlamaq üçün həmin ünvanın telefon nömrəsinə zəng vurduq. Məlum oldu ki, telefon nömrəsi həmin ünvana məxsus olsa da, hazırda müvəqqəti istifadəçisi qonşuluqda kirayədə yaşayan bir ailədir.
- Həmin ünvan «İpək yolu – 2009» MMC-nin rəsmi ünvanıdır. Həmin şirkət barədə məlumatınız var?
- Burda belə şirkət yoxdur. Həmin ünvan bizim qonşuluğumuzdadır. Orda ev tikilirdi, tikintisi yarımçıq qalıb. O ünvanın telefonunu müvəqqəti bizə veriblər ki, istifadə edək.
Elə məhkəmənin də şirkət nümayəndələrini məhkəməyə dəvət etmək üçün həmin ünvana göndərdiyi bildirişlər necə deyərlər, yarımtikiliyə dəyib geri qayıdır. Ona görə də məhkəmə şirkət nümayəndələrini danışdıra bilmir.
POLİSİN SAHİBKARLIQLA MƏŞĞUL OLDUĞUNU DİN-DƏ TƏSDİQLƏYİB
Daxili İşlər Nazirliyinə verilən sorğuya cavabda da «İpək yolu 2009 MMC»nin sahibinin polis əməkdaşı olduğu təsdiqlənib. Həmçinin, Bəxtiyar Məmmədovun DİN Gəncə Regional Mühafizə İdarəsində işlədiyi göstərilir.
Nazirliyin Şəxsi Heyətlə İş İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə göndərdiyi məktubda deyilir ki, polis serjantı Bəxtiyar Məmmədəli oğlu Məmmədov «Polis haqqında» qanunu pozub, «İpək yolu 2009» MMC təsis edib, şirkəti 2 iyun 2009-cu il tarixdə Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən rəsmi qeydiyyata aldırıb. Yevlax şəhəri ərazisində müxtəlif təmir tikinti işləri ilə məşğul olmaqla sahibkarlıq fəaliyyəti göstərir.
Ötən il sentyabrın 17-də 1 saylı Yerli İqtisad Məhkəməsi belə bir qərardad çıxarıb ki, işə məhkəmədə baxılıb bitənədək «ZQAN – Holdinq» «Yevlax Avtovağzal» ASC-nin ərazisində qanunsuz işləri dayandırsın. Məhkəmənin dekabrın 16-da çıxardığı ikinci qərardadda isə göstərilir ki, «İpək yolu 2009» MMC həmin avtovağzalın ərazisində apardığı qazıntı və tikinti işlərini dayandırsın. Bəhram Məmmədov deyir ki, tikintini aparan şirkət məhkəmə qərarlarına məhəl qoymur və tikintini dayandırmır.
1 saylı Yerli İqtisad Məhkəməsi 1 saylı İnzibati İqtisad Məhkəməsinə çevriləndən sonra bu dəfə məhkəmə qərardad çıxarıb ki, Bəhram Məmmədovun iddiasına daha bu məhkəmədə baxıla bilməz. Şikayətə Şəki İnzibati İqtisad Məhkəməsində baxılmalıdır. İş materialları Şəki İnzibati İqtisad Məhkəməsinə göndərilib.
İndi Bəhram Məmmədov sahibi olduğu Yevlax avtovağzalının zəbt olunmuş 36 sot ərazisinin davasını Şəki İqtisad Məhkəməsində davam etdirir.