Qaddafinin qəbiləsi onun cəsədini tələb edir

Muammar Qaddafi

Liviyanin keçmiş lideri Muammar Qaddafinin qəbiləsi Müvəqqəti Milli Şuradan
Qaddafi, onun oğlu və cümə axşamı onlarla birlikdə Sirtdə öldürülmüş adamların cəsədlərini tələb edir.

Qəbilə cəsədlərin qohumlarına qaytarılması üçün BMT, İslam Konfransı və Amnesty İnternational təşkilatlarını müvəqqəti milli şuraya təzyiq göstərməyə çağırır.

Qəbilənin bəyanatını Qaddafi tərəfdarlarına məxsus Suriyadakı Al Rai televiziya kanalı yayıb.

Məlumatlara görə Qaddafinin qanlı cəsədi şənbə günü Misratadakı bazarlardan birində soyuducunun buzxanasına qoyulub.

Yeni Liviya rəhbərliyi onun harda dəfn ediləcəyini hələlik müəyən etməyib.

Məlumatlara görə Qaddafi ilə oğlu ələ keçərkən sağ olublar.

BMT və Birləşmiş Ştatlar yeni Liviya rəhbərliyini Gaddafinin ölümünə aydınlıq gətirməyə çağırıblar.