Həftənin şəkilləri - 15-21 oktyabr
Liviyada keçid hökumətinin döyüşçüləri Muammar Qaddafinin doğulduğu Sirte şəhərində döyüşürlər, bu kişi isə gitarasından qalmır. (AFP PHOTO / ARIS MESSINIS)
Əfqanıstanın paytaxtı Kabulda şar satan kişi. (REUTERS/Mohammad Ismail)
Almaniyanın paytaxtı Berlində etiraz aksiyası iştirakçıları kansler Angela Merkel və Fransa prezidenti Nicolas Sarkozy-nin maskalarını geyiblər, 21 oktyabr. (REUTERS/Tobias Schwarz)
Yəməndə etiraz aksiyası iştirakçısı prezident Ali Abdullah Salehin qüvvələri tərəfindən güllə ilə yaralanan həmkarını meydandan uzaqlaşdırıb, sonra da qanlı əllərini nümayiş etdirir. (AFP PHOTO/MARWAN NAAMANI)
Yunanıstanın paytaxtı Afinada kommunist birliklərinin tərəfdarları polislə qarşıdurmada.
Afinada polisə molotf kokteyli atan gənc. (REUTERS/John Kolesidis)
Fələstinlilər İsrailin azad etdiyi əsirləri gözləyirlər. (REUTERS/Darren Whiteside)
Kabulda kömür daşıyan fəhlə. (REUTERS/Ahmad Masood)
Pakistanda pambıq fabrikində çalışan 38 yaşlı fəhlə. (REUTERS/Athar Hussain)
Tailandda seldən qaçan sakinlərdən biri yaşlı qadını da belində götürüb xilas edir. (REUTERS/Sukree Sukplang)
Liviya paytaxtı Tripolidə qadınlar keçmiş diktator Muammar Qaddafinin qətlə yetirilməsinə görə Allaha dua edir. (REUTERS/Suhaib Salem)
Rusiya prezidenti Dmitry Medvedev Qorkidə tərəfdarları ilə söhbət zamanı.
Türkiyə əsgərləri hərbi hissənin keşiyini çəkirlər. (AFP PHOTO/MUSTAFA OZER)
Kosovoda sülhməramlı qüvvələr Jagnjenica qəsəbəsində yolu bağlayan kosovo serblərini oradan uzaqlaşdırmaq üçün gözyaşardan qazdan istifadə edirlər. (REUTERS/Marko Djurica)