Budapeştdə minlərlə nümayişçi küçələrə çıxıb

Bazar günü Macarıstanın paytaxtı Budapeştdə minlərlə nümayişçi küçələrə çıxıb. Onlar baş nazir Viktor Orbanın yürütdüyü siyasəti bəyənmədiklərini bildiriblər.

Aksiya “Biz bu rejimi istəmirik” şüarı altında keçirilib. Aksiyaçılar hakimiyyətin hərəkətlərini, mediada senzuranı, vergi sistemindəki dəyişiklikləri tənqid ediblər.