ABŞ prezidenti Barac Obama Liviyanı azad olması ilə bağlı təbrik edib.
Ağ Evin bəyanatında bildirilir ki, 40 illik diktatura zülmündən və 8 aylıq qanlı mübarizədən sonra Liviya tarixində ümid verici yeni dövrə başlayıb.
ABŞ Dövlət Departamenti Liviyanın yeni hökumətini bir daha Muammar Qaddafinin ölümünü araşdırmağa çağırıb.
Liviya hakimiyyəti bildirir ki, o atışmada ölüb. Ancaq Qaddafinin sağ ələ keçirildiyi, döyüldüyü və öldürüldüyü haqqında görüntülər də var.
Qaddafinin meyiti Misratadakı bazarlardan birinin soyuducusunda saxlanılır.