Həmsədrlər İlham Əliyevlə görüşüblər

Oktyabrın 24-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Bernard Fasie (Fransa) prezidenti İlham Əliyevlə görüşüblər. Görüşə ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki də qatılıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.