Azərbaycan prezidenti Türkiyəyə gedib

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 25-də Türkiyəyə səfərə yola düşüb.

Prezident İ. Əliyev Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının İzmirdə keçiriləcək ilk iclasında və ARDNŞ-in yeni neft-kimya müəssisəsinin təməlqoyma mərasimində iştirak edəcək.

Zavod Azərbaycan Dövlət Neft Şirkətinin vəsaiti ilə tikilir.

Layihəyə 5.5 mlrd. dollar qoyulacaq. Neft emalı zavodunun tikintisi 2015-ci ildə başa çatacaq.