Bələdiyyələrə 1365 nəfərin namizədliyi qeydə alınıb

Foto: Arxiv

Noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 82 seçki dairəsi və 309 bələdiyyə üzrə 1365 nəfərin namizədliyi qeydə alınıb.

Bu barədə «APA»ya Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Ümumilikdə 1561 nəfər imza vərəqi götürüb. Onlardan 1465 nəfəri imza vərəqələrini qaytarıb.

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanılıb.

Seçki 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.