Bakı-London təyyarəsi qəza enişi edib

Arxiv şəkil

Oktyabrın 26-da Bakıdan Londona uçan sərnişin təyyarəsi qəza enişi edib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən «AzAL»ın sözçüsü Məhərrəm Səfərli deyib ki, təyyarə havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb:

«Səhər saat 12:08-də havaya qalxıb. 13:35-də ikinci mühərrikində nasazlıq yaranıb, o, Heydər Əliyev Hava Limanına qayıdıb. Təyyarədə 47 sərnişin, 7 ekipaj üzvü olub. İndi mexaniklər işləyir, təyyarənin hansı saatda havaya qalxa biləcəyinə də onlar qərar verəcəklər».

Təyyarə Böyük Britaniyanın BMI şirkətinə məxsusdur.

Qəza enişi zamanı xəsarət alan olmayıb.