Qəndəharda ABŞ-ın hərbi bazasına hücum edilib

Əfqanıstanın Qəndəhar şəhərində ABŞ-ın hərbi bazasına hücum edilib.

Məlumatlara görə hazırda atışma gedir, partlayış səsləri eşidilir.

AzadlıqRadiosunun müxbiri NATO vertolyotlarının köməyə gəldiyini xəbər verir.

Artıq Taliban hücuma görə cavabdehliyi üzərinə götürüb.

Bazada hərbçilərlə yanaşı mülki mütəxəssislər də var.