Azərbaycan Pakistana 2 milyon dollar yardım ayırıb

Azərbaycan Pakistanın cənubunda baş verən daşqınlara görə, bu ölkəyə 2 milyon dollar yardım ayırıb.

Bu barədə APA agentliyi Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Azərbaycan hökuməti 2010-cu ilin avqustunda da Pakistana bu məqsədlə 1 milyon dollar yardım ayırmışdı.