Tunisdə seçkidən sonra qarışıqlıq yaranıb

Tunisdə ölkənin seçki komissiyası parlament seçkilərinin nəticələrini elan edəndən sonra Sidi-Buzid şəhərində qarışıqlıq yaranıb. Altı seçki dairəsinin qarşısına toplaşan seçicilər nəticələrə etirazlarını bildiriblər.

Ölkənin seçki komissiyası islamçı Ennahda partiyasının qalib gəldiyini elan edib. Bu partiya parlamentdəki 217 yerdən 90-nı qazanıb. Etirazçılar qalib partiyanın qərargahına soxulmaq istəyiblər. Polis gözyaşardıcı qazdan istifadə edib.

İkinci yerdə 30 deputat mandatı qazanmış Respublika Konqres gəlir. Sosial-demokratların Ettakatol partiyası 21 yer qazanıb.

Tunisdə parlament seçkiləri bazar günü keçirilib.

Parlament ölkənin yeni Konstitusiyasını hazırlayacaq.