Moskvada futbol fanatını qətlə yetirməkdə ittiham olunan adama 20 il həbs cəzası verilib

Moskva məhkəməsi futbol fanatını qətlə yetirməkdə ittiham olunan adama 20 il azadlıqdan məhrumetmə cəzası verilib. Məhkəmə keçən ilin dekabrında futbol oyunundan sonra baş vermiş qarşıdurmada Aslan Çerkesovun qəsdən adam öldürməsi qərarına gəlib. Bu hadisədə iştirak edən daha beş nəfər də beş il müddətinə azadlıqdan məhrum edilib.

Həmin hadisədən sonra Moskvada ultramillətçilər bir neçə gün Kremlin yaxınlığında Qafqazdan olan Moskva sakinləri əleyhinə aksiyalar keçirmişdilər.

Hadisə Rusiyanın 20128-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcəyi vaxt təhlükəsizliyi necə qoruya biləcəyi barədə də suallar yaratmışdı.