Polisin və Fövqəladə Hallar Nazirliyi işçilərinin maaşları artırıldı

Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları 30 faiz artırılır. Daxili İşlər Nazirliyinin də xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları bir o qədər - 30 faiz artırlır.

Bu barədə prezident İlham Əliyev oktyabrın 28-də sərəncam imzalayıb.

"AzərTAc"ın xəbərinə görə maaş artımları noyabrın 1-dən hesablanacaq.

Azərbaycanda hüquq-mühafizə orqanları əməkdaşlarının maaşları dövlət büdcəsindən maaş alan digər qruplardan daha yüksəkdir.