İsrail Qəzzəni bombalayıb

İsrail hərbi hava qüvvələrinin Qəzzə bölməsini bombalaması nəticəsində “İslam Cihadı” qrupunun 5 üzvü ölüb.

İsrail hərbçiləri əməliyyatın oktyabrın 27-də İsrailin Aşdod şəhərinin raket atəşinə tutulmasına cavab olaraq keçirildiyini deyirlər.

Əməliyyat zamanı həmçinin 11 nəfərin yaralandığı xəbər verilir.

Məlumatlara görə mərmilərdən biri yaraqlıların Qəzzənin cənubundakı təlim düşərgəsinə düşüb.