ABŞ-da 3 milyondan artıq ev işıqsız qalıb

ABŞ-ın şimal-şərqində güclü qar yağmasına görə 3 milyondan artıq ev işıqsız qalıb. Dəmir yolları və avtomobil yolları bağlanıb. Təyyarə reysləri təxirə salınıb.

Təbii fəlakət nəticəsində azı 3 adam ölüb. Nyu-Cersi, Konnektikut, Massaçusets Nyu-York ştatlarında fövqəladə vəziyyət elan olunub.

Meteoroloqlar bildirib ki, qar fırtınası axşama doğru Kanadaya doğru hərəkət edəcək.