Qırğızıstanda keçirilən seçkidə Atambaev qalib gəlib

Qırğızıstanda keçirilən prezident seçkisində keçmiş baş nazir Almazbek Atambaev qalib gəlib. O səslərin 63 faizini yığıb. Qanunvericiliyə görə, səslərin yarısını toplayan şəxs qalib sayılır.

Parlamentin keçmiş sədri Adakhan Madumarov (14,9) və keçmiş fövqəladə hallar naziri Kamchybek Tashiyev (14,30) ikinci, üçüncü yerləri tutublar.