Qırğızıstanda keçirilən seçkidə Atambaev qalib gəlib

Almazbek Atambaev

Oktyabrın 30-da Qırğızıstanda keçirilmiş prezident seçkisində keçmiş Baş nazir Almazbek Atambaev qalib gəlib. O, səslərin 63 faizini yığıb. Qanunvericiliyə görə, səslərin yarısını toplayan şəxs qalib sayılır.

Parlamentin keçmiş sədri Adakhan Madumarov (14.9) ikinci, keçmiş fövqəladə hallar naziri Kamchybek Tashiyev (14.30) isə üçüncü olub.