Yunanıstanın baş naziri istefadan imtina edib

Yunanıstanın baş naziri Georgios Papandreou istefa verməkdən imtina edib.

Bu barədə Reuters agentliyi Yunanıstan hökumətindəki mənbələrə istinadla xəbər verir.

Baş nazirin hökumətin təcili iclasından sonra parlamentdə çıxışı gözlənilir.

Bir sıra nazirlər və hakim partiyadan olan deputatlar beynəlxalq yardım almaqla bağlı baş nazirin referendum təklifini rədd etdikdən sonra Yunanıstanda siyasi böhran dərinləşib.