Braziliyalı futbolçu Azərbaycan pasportu almaq istəyir

Foto arxiv

“Neftçi” futbol klubunun braziliyalı yarımmüdafiəçisi Flavinyo Azərbaycan pasportu almaq istəyir.

AzərTAcın məlumatına görə, futbolçu bununla bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayevə müraciət edib.

Futbolçu bunun səbəbini Azərbaycana gəlməklə futbol karyerasında yeni səhifənin açılaması, Azərbaycanın tolerant ölkə olmasıyla izah edib.

Müraciəti müsbət qarşılayan AFFA prezidenti bununla bağlı baş katib Elxan
Məmmədova xüsusi göstəriş verib.

Flavinya tezliklə Azərbaycan pasportu alacağına inanır.