Ukraynanın keçmiş Baş naziri Yulia Tymoshenkoya qarşı yeni ittihamlar irəli sürülüb.
Tymoshenkonun vəkili Serhyi Vlasenko jurnalistlərə deyib ki, ittihamlar hamısı vergilərlə bağlıdır və keçmiş Baş nazirin 1990-cı illərdə Vahid Enerji Sistemləri qaz satışı şirkətinə rəhbərlik elədiyi dövrü əhatə edir. Bu şirkət 1995-ci ildən 1997-ci ilə qədər Rusiya qazının Ukraynaya idxalıyla məşğul olub.
Oktyabr ayında məhkəmə 2009-cu ildə Baş nazir olarkən Rusiyayla imzaladğı qaz sazişiylə səlahiyyətləri aşdığı və ölkəyə ziyan vurduğu ittihamıyla Tymoshenkoya 7 il həbs cəzası vermişdi.
Tymohsenko ittihamları qəbul eləmir, tərəfdarları və Qərb dövlətləri isə bu həbsi siyasi sifariş sayır.