Ukraynada Stalinin yeni heykəli ucaldılıb

Ukraynanın cənub-şərqində sovet diktatoru İosif Stalinin şərəfinə onun yeni heykəli ucaldılb. Əvvəlki heykəl partladılmışdı. Ehtimal edilir ki, bunu millətçi qruplar edib.
Heykəl əhalisinin əksəriyyətinin rus dilində danışdığı Zaporoji şəhərində ucaldılıb.

Stalin Ukraynada ən çox nifrət edilən şəxsdir. O, milyonlarla adamın aclıqdan ölməsinə səbəb olan kollektivləşdirmə siyasətinə görə ittiham edilir.