Havaların soyuması ilə əlaqədar başlanan monitorinqlər noyabrın 14-dən 25-dək davam edəcək.
Bu barədə Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib:
«Şabran, Salyan, Ağcabədidəki qoruqlarda, həmçinin köçəri quşların miqrasiya etdiyi ərazilərdə və dənizsahili zonalarda monitorinq aparılacaq. Ev quşlarından da qan və patoloji analizlər götürüləcək».
Y.Xənvəli bildirdi ki, yaz fəslində 5 dəfə monitorinq aparılıb. 6000-dən artıq nümunə götürülüb, «quş qripi» aşkarlanmayıb.