Liviyada maaş tələbi ilə etiraz aksiyası keçirilib

Liviyanın paytaxtı Tripolidə maaşlarını tələb edən onlarla etirazçı Maliyyə Nazirliyinin qarşısında aksiya keçiriblər.

Reuters agentliyinin məlumatına görə, yeni seçilmiş baş nazir Abdurrahim El-Keib qərbli tərəfdaşlarından Muammar Qaddafinin dondurulmuş hesablarını açmağa çağırıb.

Qərb ölkələri indiyə qədər Liviyaya bu hesablardan bir neçə milyard dollar veriblər. Dondurulmuş hesablarda hələ 150 milyard dollar qalır.