Liviyada maaş tələbi ilə etiraz aksiyası keçirilib

Foto: Arxiv

Liviyanın paytaxtı Tripolidə maaşlarını tələb edən onlarla etirazçı Maliyyə Nazirliyinin qarşısında aksiya keçirib.

Yeni seçilmiş Baş nazir Abdel Rahim al-Keeb qərbli tərəfdaşlarından Muammar Qaddafinin «dondurulmuş» hesablarını açmağa çağırıb.

Qərb ölkələri indiyə qədər Liviyaya bu hesablardan bir neçə milyard dollar veriblər. «Dondurulmuş» hesablarda hələ 150 milyard dollar qalır. / Reuters /