Noyabrın 15-dən sonra dəmiryol biletlərinin internetlə satışına başlanacaq

«Azərbaycan Dəmir Yolları» ASC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov «APA»ya deyib ki, hazırda ödəniş sisteminin təhlükəsizlik məsələləri həll olunur.

Noyabrın 15-dək bu işlər başa çatacaq, bundan sonra isə biletlərin internetlə satışının başlanması nəzərdə tutulur. Sistemin operatoru «Golden Pay» şirkətidir.

3 dildə olacaq bu sistemə «Azərbaycan Dəmir Yolları» ASC-nin rəsmi internet saytı vasitəsilə daxil olmaq mümkün olacaq. Sistem vasitəsilə plastik kartla ödəniş etməklə biletləri olmaq mümkün olacaq.