Yunanıstanda yeni hökumət yaradılmasıyla bağlı danışıqlar gedir

4-cü gündür ki, Yunanıstanda koalision hökumətin tərkibi ilə bağlı danışıqlar gedir.

Baş nazir Georges Papandreous çərşənbə günü istefa verib.

Siyasi partiyalar hələlik yeni namizədlə bağlı razılığa gələ bilməyiblər.

Müxalifətdə olan kiçik millətçi LAOS partiyası dünən danışıqları tərk edib.

Partiyanın lideri sosialistlərlə mühavizəkarları çətin dövrdə siyasi oyun oynamaqda ittiham edir.

Yeni kabinet defolt təhlükəsilə üzləşmiş ölkənin Avropa Birliyi və Beynəlxalq Valyuta
Fondundan kredit almasıyla bağlı qərar qəbul etməli, kəskin iqtisadi tədbirlər həyata keçirməlidir.