Əfqanıstanın Paktika əyalətində hökumət binasına hücum edilib

Əfqanıstanın Paktika əyalətində yaraqlıların hökumət binalarına hücumu nəticəsində azı 3 polis ölüb.

Yerli hakimiyyətin məlumatına görə hücum edənlər 5 nəfər olub.

Onlardan 3-ü özlərini qapının ağzında partladıb, 2-sini isə polislər güllələyib.

Həmin vaxt binada əyalət rəhbərliyi, beynəlxalq qüvvələrin nümayəndələri və yerli ağsaqqalların iştirakıyla iclası keçirilirmiş.