Polşada nümayişçilər arasında qarşıdurmada 18 nəfər yaralanıb


Noyabrın 11-də Polşa paytaxtında millətçilərlə solçuların toqquşmasında 18 nəfər yaralanıb. Yerli hakimiyyət yaralılardan səkkiz nəfərinin polis əməkdaşı olduğunu deyirlər.

Hadisə Polşanın müstəqilliyinin 93-cü ildönümü münasibətilə keçirilən nümayiş zamanı baş verib. Nümayişi ifrat sağçılar təşkil etməyə çalışıblar. Solçular isə onlara mane olmaq istəyiblər.

Polis 100-dən çox adamı saxlayıb.