Seçkiləri kim müşahidə edəcək?

Noyabrın 30-da bələdiyyə seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyasından (MSK) 30 müşahidəçi qeydiyyatdan keçib. Amma hələ ki, onlar arasında xarici müşahidəçi yoxdur.

Bu haqda AzadlıqRadiosuna MSK-nın beynəlxalq şöbəsinin müdiri Rəşid Yusifbəyli məlumat verib.

Avropa Şurasının Bakı Ofisindən isə AzadlıqRadiosuna bildiriblər ki, seçkiləri müşahidə etmək üçün rəsmi dəvət olmalıdır:

«Hələ ki, heç bir qurumdan, o cümlədən Mərkəzi Seçki Komissiyasından bu dəvəti almamışıq».