Rusiya Tacikistan vətəndaşlarının deportasiyasına başlayır

Tacikistan bildirib ki, Rusiya tacik miqrantların deportasiyasına başlayır.
11 tacik bu gün Rusiyadan Tacikistana göndərilir. Miqrasiya qaydalarını pozmaq ittihamı ilə son günlər 300 Tacikistan vətəndaşı saxlanıb.

Rusiyanın hərəkəti Tacikistanda rusiyalı və estoniyalı pilotun 8 il yarım həbsə məhkum olunmasına cavab kimi qiymətləndirilir.

Rusiyanın avi şirkətində xidmət edən pilotlar mart ayında Afqanıstandan Moskvaya uçarkən yanacaq doldurmaq üçün Tacikistanda yerə endilər və həbs olunaraq təyyarə hissələri qaçaqmalçılığında ittiham olundular.