Bakıda 3 bal gücündə zəlzələ baş verib

Noyabrın 15-i saat 23:33 radələrində Bakıda 3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər yayıb.

Yeraltı təkanın episentri Bakı şəhərindən 62 km cənubi-şərqdə, Xəzər dənizində olub.

İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.