Dini ayinlərə mane olana 2 min manat cərimə

Arxiv foto

Dini qadağaları sərtləşdirən qanun parlamentdə qəbul edildi
Dünən Milli Məclisin iclasında dini fəaliyyətlə bağlı dəyişikliklər layihəsi qəbul olunub. İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsinə edilmiş dəyişikliklə dini etiqad haqqında qanunvericiliyin pozulması hesab olunan fəaliyyətlər müəyyənləşdirilib.

Yeniliyə görə, kimsə xaricdə dini müəssisədə təhsil almaq istəyirsə, bunun üçün müvafiq icra hakimiyyəti orqanından icazə almalıdır. Həmçinin, xaricdə təhsil alan vətəndaşlar tərəfindən islam dininə aid ayin və mərasimlərin keçirilməsi də qanunsuzluq hesab ediləcək.

DİNİ QADAĞALARI POZANLAR HƏM CƏRİMƏ, HƏM DƏ HƏBS OLUNACAQ

Dini ədəbiyyat, əşyaların və dini məzmunlu başqa məlumat materialları ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satıla bilməz. Həmçinin, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması dini qanunvericiliyin pozulması hesab olunacaq.

Son qeyd olunan qanun pozuntuları həm də cinayət məsuliyyəti hesab olunur. Cinayət Məcəlləsinə nəzərdə tutulan yeniliklərə görə, dini ayinləri icra etməyə mane olmağa görə cərimələrin maksimal həddi 2000 manatadək, dinə etiqada məcbur etməyə və dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməyə görə cərimələrin maksimal həddi 9000 min manatadək artırılır. Bu əməllərə görə 5 ilədək müddətə azadlıqdan məhrumetmə də nəzərdə tutulur.