İranın nüvə proqramını dayandırması barədə BMT-nin daha bir qətnaməsi qəbul edildi

BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi noyabrın 18-da İranın nüvə proqramının “çox dərin və getdikcə artan narahatlıq” doğurması ifadə edilən qətnaməni qəbul edib. Sənəddə qeyd edilir ki, İranla bu Agentlik arasında davamlı dialoq olduqca zəruridir. Sənəd İran hakimiyyətini BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdən irəli gələn vəzifələrini tam və ləngimədən həyata keçirməyə çağırılır.

Amma qətnamədə bu öhdəlikləri icra etməsi üçün İrana heç bir möhlət nəzərdə tutulmur. Amma Agentliyin rəhbəri Yukiya Amanoiya tapşırlır ki, gələn ilin martına qədər Tehranın bu qətnaməni necə icra etməsinə dair hesabat hazırlasın.

Bu agentlik keçən həftə İranın nüvə bombası hazırlamağa çalışması ehtimallarını gücləndirən faktlardan bəhs edən hesabatını yaymışdı. Bu hesabatdan sonra İsrailin İranın nüvə proqramını dayandırmaq üçün hərbi vasitələrə əl atması barədə məlumatlar yayılır. Noyabrın 18-də ABŞ-ın Müdafiə naziri Leon Panetta israilli həmkarı Ehud Barakla görüşündə bildirib ki, İrana qarşı hər hansı hərbi addımın yarada biləcəyi iqtisadi nəticələr əvvəlcədən göz önünə alınmalıdır.

Elə bu gün İranın rəsmi İrna agentliyi xəbər yayıb ki, ölkənin silahlı qüvvələri nüvə obyektlərinə qarşı potensial hücumların qarşısını almaq üçün dördgünlük hərbi təlimlərə başlayır.