Britaniyada 4 gənc terrorçuluq ittihamıyla həbs olunublar

Şənbə günü Londonda 19-24 yaş arası 4 yeniyetməyə terrorçuluqla bağlı ittiham irəli srülüb.

Onlar terrorçuluq məqsədilə pul toplamaq, terror düşərgələrində təlim keçmək üçün
Pakistana getmək və terror aktları törətmək məqsədilə başqa ölkələrə səfər etməkdə ittiham olunurlar.

Onların 4-də cümə axşamı Birminqem şəhərində keçirilmiş reyd zamanı həbs olunublar.