FHN daşqın bölgəsinə yeni komissiya göndərib

Fövqəladə Hallar Nazirliyi (FHN) daşqın bölgəsinə yeni komissiya göndərib.

Məlumatı «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının mətbuat xidməti yayıb.

Oktyabrın 27-də Qərargahın nümayəndələri daşqınların təsirinə məruz qalmış Sabirabad, Saatlı, İmişli, Salyan, Kürdəmir, Hacıqabul və s. rayonlarda problemləri həll olunmayan 165 nəfərin siyahısını FHN-ə təqdim edib:

«Komissiya şikayətçi sakinlərlə görüşüb, onların evlərinə baxış keçirib. Bir sıra evlərin qəzalı olduğu təsdiqlənib və onların tikilməsinə qərar verilib. Tikiləcək evlərin içində məhkəməyə müraciət etmiş sakinlərin evləri də var».