Türkiyədə polis 70 nəfəri saxlayıb

Türkiyədə polis PKK yaraqlıları ilə əlaqədə şübhəli bilinən 70 nəfəri saxlayıb. Türkiyə mediasının məlumatına görə, əməliyyat İstanbul, Diyarbakır, İzmir və Bursa şəhərlərində keçirilib.

Türkiyə, ABŞ və Avropa Birliyi PKK-nı terrorçu təşkilat sayır.