Mütəxəssislər pambıqçılığı strateji və çox gəlir gətirən sahə sayırlar. Lakin indi fermerlər pambıq əkib becərməyə bir o qədər də maraq göstərmirlər. Qərb bölgəsində 20 ildir pambıq becərən fermer Ramiz Qocayev də son illər taxıl və digər məhsullara üstünlük verir:
«AZƏRBAYCANDA PAMBIĞIN MAYA DƏYƏRİ BAHA BAŞA GƏLİR»
«30 sentner alacağımız yerdən 10 sentner pambıq almışıq. Yəni, 150 ton alacağımız pambıqdan 70 ton almışıq. İsti vaxtlar da sulaya bilmədik. Pambıq yandı. Pambıq əlverişli sahədir, ancaq dünya bazarında qiymət aşağıdır. Heç dünya bazarına da çıxa bilmirik, nə qədər xərc tələb edir. Azərbaycanda pambığın maya dəyəri baha başa gəlir».
Söhbətləşdiyim digər fermerlər də az gəlir gətirdiyi üçün pambıqdan uzaq düşdüklərini dedilər.
Fermer Tərbiyə Məmmədova deyir ki, ərazisində pambığın növbəli əkini üçün yeri olsa da, buna vaxt və zəhmət sərf etmək istəmir:
«BİZDƏ PAMBIĞI 40 QƏPİYƏ ALIRLAR»
«Hava ilə bağlı. Bir də qiyməti ucuz alırlar deyə, camaatın marağı yoxdur. Pambıq gəlirli sahədir, bizdə də dünya bazarındakı qiymətlə eyni qiymət olsa. Bizdə 40 qəpiyə alırlar. Dünya bazarında isə 2 manat 20 qəpikdir. Qiymət baha olarsa, əkərəm. Növbəli əkində pambıq üçün sahəm var. Bizim camaatın pambıq əkənləri artıq qocalıb, gənclər pambıqla bağlı heç nə bilmirlər. Aqronomlar cüzi miqdarda məlumatlıdırlar».
Hava şəraitinin kəskin və birdən-birə soyuması digər təsərrüfat sahələri ilə yanaşı, pambıqçılığa da öz mənfi təsirini göstərib. Mütəxəssislərin fikrincə, pambıqdan bu il daha az məhsul əldə ediləcək. Bu barədə Pambıqçılıq İnstitutunun direktoru Həsənəli Aslanov danışır:
«BU İL MƏHSULDARLIQ 60 MİN TONA YAXIN OLA BİLƏR»
«Yığım gecikdir. Yığım başlayandan ən azı bir ay hava şəraiti əlverişsiz olub. Respublika üzrə pambıq sahəsi 43 min hektara yaxındır. Sahədəki pambığın hamısı yığılmalıdır. Biz təcrübə sahələrində yığımdayıq. Keçən il haradasa 12-15 sentner olub. Bu il məhsuldarlıq 60 min tona yaxın ola bilər».
Rektor deyir ki, emal müəssisələri yaradılsa və pambığın qiyməti 60 qəpik olarsa, fermerlər də pambıq əkib becərməyə maraq göstərərlər:
«ƏSAS MƏSƏLƏ EMAL SƏNAYESİNİN YARANMASIDIR»
«Dünya bazarında bahadır. Sadəcə dünya bazarına çıxmaq var. Fermerə bu gün pambıq əkib becərmək xeyir eləmir, onun alış qiyməti aşağıdır. 42 qəpiyə alır zavod. Ancaq bir alternativ olsa, dövlət müəssisəsi o pambığı qəbul eləsə, yaxşı gəlir götürmək olar. Ümumiyyətlə, pambıq strateji əhəmiyyətli bir bitkidir. Bizim bu dəqiqə şirkətlər var ki, xaricə xam mal satırlar. Xaricdə istehsal edirlər, köynəyi, başqa pambıq paltarları bizə qat-qat baha qiymətə satırlar. Əsas məsələ emal sənayesinin yaranmasıdır. Biz xaricə satmalıyıq o paltarı. İndi isə əziyyətini biz görürük, xeyrini onlar».
İqtisadçı-ekspert Azər Mehtiyev isə deyir ki, pambığın qiymətləndirilməsi və dünya bazarına çıxarılmasında yaşanan
maneələri inhisarçılar yaradılır. Onun fikrincə, inhisarçılar istədikləri qiyməti fermerlərə diktə edirlər:
«PAMBIQ EMALI ZAVODLARI ÖZƏLLƏŞDİRİLƏRKƏN İNHİSAR FORMALAŞDI»
«Pambıq emalı zavodları özəlləşdirilərkən inhisar formalaşdı. İnhisarçılara imkan yarandı ki, pambıq istehsalçılarına öz şərtlərini irəli sürsünlər. Tədricən pambıq sahələri azalmağa başladı. Nə qədər ki, bu sahədə rəqabət formalaşmayıb, onlar üçün özlərinə xeyir edən qiyməti diktə etmək imkanı olacaq. Emal müəssisələri bir nəfər tərəfindən idarə olunur. Onun da imkanı var ki, hətta ayrı-ayrı bölgələrdə pambıq alışına qiymət qoysun».
Azər Mehdiyev deyir ki, yeni pambıq zavodlarının yaranmasının da qarşısı alınır. Üstəlik, xam pambığın alınıb ölkədən çıxarılması da nəzarət altındadır.
Azər Mehdiyev düşünür ki, yalnız inhisarçılığın kökünü kəsməklə bu sahədə inkişafa nail olmaq mümkündür.