«AzadlıqRadiosunun «Kontekst» proqramından sonra mənə çoxlu zənglər gəldi. Hətta Anar adlı bir prodüser mənimlə maraqlandı və tezliklə yanına çağıracağını bildirdi».
Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «İstedad nə vaxt üzə çıxır?» mövzusunda açdığı müzakirəyə qatılan fəhlə-xanəndə Mir Tağı Qəniyev söylədi.
İNTERNETDƏN BAŞIM ÇIXMIR
İnternetdən başı çıxmadığını deyən müsahibimiz çoxlarının internet vasitəsilə onu tanıdığını da etiraf etdi: «Hamınız sağ olun. Deyəsən, nə isə olacaq».
HÜQUQ FAKÜLTƏSİNƏ İMTAHAN VERDİM
Mir Tağı bəy nəsillikcə səslərinin olduğunu dedi:
«Uşaqlıqdan oxuyurdum. Dindar ailədə böyümüşəm. Bizdə səsi olanlar moizə deyə bilərdi. Toya getməyə icazə yox idi. Orta məktəbi bitirdim, gəldim Bakıya. 1985-ci ildə BDU-nun Hüquq fakültəsinə imtahan verdim. İki 4, bir 5 aldım. Xarici dil keçmədiyimdən mənə mexaniki 3 yazdılar. Müsabiqədən keçmədim».
USTAD XANƏNDƏLƏRDƏN XÜSUSİ DƏRS ALMIŞAM
Ukraynada əsgərlik çəkib Yardımlıya dönən Mir Tağı musiqi sevgisindən qurtula bilmir:
«Uşaqlıqdan ustad xanəndələrə qulaq asırdım. Böyük qardaşlarım da oxuyan idilər. Onları da özümə ustad sayıram. Musiqi savadım yoxdur. Ancaq rəhmətlik İslam Rzayevdən, Sabir Mirzəyevdən xüsusi dərs almışam. Dəsgahlardan başım çıxır. Bir xeyli rayonda toylara getdim. Təzədən Ukraynaya qayıtdım - təhsil dalınca. İnstituta girdim, iki ildən sonra atıb gəldim Bakıya... 2 nömrəli Tibb Məktəbinə girdim. Müalicə işi fakültəsini bitirdim.
Rayonda feldşer işlədim. 1993-cü ildə cəbhədə könüllü feldşerlik də etmişəm, vuruşmuşam da».
FƏHLƏLİYƏ KEÇİD NECƏ BAŞ VERDİ?
Mir Tağı bəy daha sonra yenə toylara getdiyini, hətta Bakıda özünü—səsini sınadığını bildirdi: «Nə qədər elədim şəhərdə tanınmadım. Gördüm inkişaf yoxdur. Məcbur olub fəhləliyə keçdim...».
MİR TAĞININ SƏSİ GÖZƏLDİR
Verilişin digər qonağı bəstəkar Firudin Allahverdi Mir Tağının səsini saytımızdan dinlədiyini və çox bəyəndiyini söylədi: «Oxuma məktəbindən cənub bölgəsindən olduğu hiss olunur. Sabir Mirzəyevin üslubu var səsində. Boğazlardan əvvəllər xanəndəlik etdiyi də, professionallığı da bilinir».
TELEVİZİYA İNTERNETƏ UDUZUR?!
Bu gün istənilən adamın uğurunun «Facebook»dan və «YouTube»dan keçdiyini deyən Firudin Allahverdi Mir Tağıyla bağlı əhvalatın da buna sübut olduğunu vurğuladı:
«İnsan çalışmalıdır ki, bu texnologiyalardan baş çıxarsın. Əvvəllər, məsələn Üzeyir bəy düşürdü rayonlara, kəndlərə, istedad axtarırdı, tapıb gətirirdi. 90-cı illərdə «7-17» tipli verilişlər var idi. Son illər «Yeni ulduz» müsabiqəsi keçirilir. Amma televiziyanın özü də son illər bu işdə internetə uduzur. Odur ki, Mir Tağı bəyə internetdən yapışmaq lazım idi. Amma hələ də gec deyil».
BİR TARÇALAN, BİR KAMANÇAÇALAN VƏ SİZ...
Firudin Allahverdi Mir Tağıya konkret yol da göstərdi: «Bir tarçalan və bir kamançaçalan tapmaq böyük problem deyil. Bizdə violonçelçalan tapmaq müşküldür. Bakı Musiqi Akademiyasına bir neçə il bu bölməyə tələbə gəlməmişdi. Amma tar-kamançaçalan hər yerdə var. Onlarla məsələn, bir «Zabul Segah» oxuyub «YouTube»a qoymaq və daha da populyarlaşmaq olar. Ondan sonrakı mərhələ sponsor axtarışıdır».
- Verilişə dünyanın hər yerindən gələn dinləyici mesajları necə cavablandı?
- Fəhləlik edən xanəndə ayda nə qədər qazanır? Kirayəyə nə qədər ödəyir?
- Qonağımız bizim üçün canlı oxudumu?
Ən yaxşısı, verilişi dinləməkdir.