Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında

Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Ehtiyac meyarının həddi
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 2012-ci il üçün ehtiyac meyarının 87 manat məbləğində təsdiq edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.