Neft hasilatı 9 faiz azalıb

Bu ilin ilk 10 ayı ərzində Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 21.7 mlrd. manat - ötən ilin müvafiq dövrünün səviyyəsindən 6.8% az olub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sahənin əsas məhsulu hesab olunan xam neft hasilatı 39 mln. ton, təbii qaz hasilatı isə 21.6 mlrd. kubmetr təşkil edib. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə neft hasilatı 8.9%, qaz hasilatı isə 2.5% azalıb.

Sahibkarlar tərəfindən 10 ay ərzində 2.4 mln. ton çınqıl, qırma daş, xırda çay daşı, 886.6 min ton tikinti qumu, 302.3 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilib.