Mərakeşdə mötədil islamçılar hakimiyyətə gələ bilər

Mərakeşdəki Ədalət və İnkişaf partiyası cümə günü keçirilmiş parlament seçkisində qələbə qazandığını bəyan edib.

İnformasiya agentliklərinin məlumatına görə, Mərakeş Şimali Afrikada Tunisdən sonra mötədil islamçı partiyanın hökumət yarada biləcəyi ikinci ölkə ola bilər.

Amma sekinin rəsmi nəticələri hələ ki, açıqlanmayıb.

Baykot çağrışlarına baxmayaraq seçkidə 45 faiz seçici iştirak edib.

Dekabrın 4-də bütün ölkə boyu etiraz aksiyaları nəzərdə tutulub.

Təşkilatçılar kral vı Məhəmməd və hökuməti əsaslı, demokratik islahatlar aparmaq istəməməkdə günahlandırırlar.