Yeni Zelandiyada parlament seçkisi keçirilir

Yeni Zelandiyada ümummilli seçkilər keçirilir.

İlkin nəticələrə görə, baş nazir John Keyin hakim Milli partiyası liderlik edir.

O parlamentd səslərin yarısını qazana bilər.

Amma partiya çox güman ki, hökumət yaratmaq üçün koalisiyaya getməli olacaq.

İkinci yerdə isə müxalifətdə olan Leyborist partiyası gəlir.

O səslərin təxminən 27 faizini qazanıb.

3-cü yerdə isə 11 faiz səslə Yaşıllar partiyası gəlir.