Pakistan NATO-nu kəskin ittiham edib

Pakistan NATO vertolyotunun Əfqanıstanla sərhəddəki nəzarət-buraxılış məntəqəsini vurmasını kəskin ittiham edib.

Bu barədə Pakistan xarici işlər nazirliyinin sözçüsü Tehmina Janjua xəbər verir.

Pakistan 25 əsgərin ölümüylə nəticələnmiş bu insidentdən sonra Əfqanıstandakı NATO qüvvələrinin təhcizatını dayandırıb.