Suriyada daha 10 nümayişçi öldürülüb

Bazar günü Suriyada daha 10 nümayişçi öldürülüb.

Britaniyada fəaliyyət göstərən hüquq müdafiəçilərinin sözlərinə görə, Homs, Kuseyr və paytaxt Dəməşq ətrafında toqquşmalar olduğunu xəbər verirlər.

Ərəb Dövlətləri Liqasının bu gün Suriyaya qarşı sanksiyalar tətbiq edəcəyi gözlənilir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3 500-dən çox adamın öldürüldüyünü deyir.