Britaniyada 2 milyon adam tətilə başlayıb

Londonda St. Thomas xəstəxanasının qarşısında tətilçilərin piketi. 30 noyabr 2011-ci il

Britaniyada bu gün 2 milyona yaxın adamın pensiya islahatına etiraz olaraq tətilə başlayıb. Həmkarlar ittifaqları sərhədçiləri, müəllimləri, zibildaşıyanları, yanğınsöndürənləri və başqa büdcə təşkilatlarında çalışanları bir günlük tətilə çağırırdı.


Bu Britaniyada son 30 ilin ən böyük tətilidir.

Hökumət tətilin ölkə büdcəsinə daha çox zərər vuracağını bildirir və danışıqlarla məsələni həll eləməyə çağırırdı. Britaniya hökuməti bildirir ki, insanlar daha uzun yaşayır deyə pensiyalara büdcədən vəsait çatdırmaq olmur, odur ki, pensiya islahatı qaçılmazdır.